AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu seçilib

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu seçilib

İdman
30 May 2020, 13:15 271
İtaliyanın "Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo "Forbes”in son reytinqinə görə, dünyanın ən çox qazanan futbolçusu seçilib.
 
AZƏRTAC xəbər verir ki, portuqaliyalı hücumçu 2019-cu il iyunun 1-dən 2020-ci il iyunun 1-dək 105 milyon dollar qazanıb. Bu məbləğin 60 milyonunu maaş və mükafatlar, 45 milyonunu reklam gəlirləri təşkil edib. Ronaldo ən çox qazanan idmançıların reytinqində isə təkcə tennisçi Rocer Federerdən geri qalaraq ikinci olub.
Ən çox qazanan futbolçuların siyahısında Lionel Messi ("Barselona”, 104 milyon) ikinci, Neymar isə (PSJ, 95,5 milyon) üçüncü olub.