• cümə, 29 Mart, 13:00
  • Baku Bakı 14°C

Krımda Müşfiqin həyat yoldaşının öz imzası ilə bağışladığı kitab tapılıb - Fotolar

10.03.17 15:09 1315
Krımda Müşfiqin həyat yoldaşının öz imzası ilə bağışladığı kitab tapılıb - Fotolar
Krımda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin öz imzası ilə bağışladığı kitab tapılıb.
Bu barədəAPA-ya Krımın Azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.
O bildirib ki, "M. Müşfiq. Yaradıcılığı. Şeirlər" adlı kitab Krım kitabxanasında "Azərbaycan guşəsi”nin yaradılması üçün ədəbiyyat toplanan zaman aşkar olunub: "Kitabı mənə icmanın fəal üzvlərindən biri verib. Kitabda Mikayıl Müşfiqin dördlük şeirləri toplanıb. Tarix 1968-ci il göstərilib. Görünür, kitabqohumu Gülsüm xanıma bağışlanılıb”.
R. Hümbətov bildirib ki, kitabıAzərbaycanda kitabxanalardan birinə, yaxud muzeyə bağışlayacaqlar.






banner

Oxşar Xəbərlər