• şənbə, 20 Aprel, 02:51
  • Baku Bakı 15°C

Kreml: Enerji əməkdaşlığı Tehran görüşlərində əsas müzakirə mövzularından olacaq

31.10.17 17:17 854
Kreml: Enerji əməkdaşlığı Tehran görüşlərində əsas müzakirə mövzularından olacaq
"Energetika sahəsində əməkdaşlıq Rusiya-Azərbaycan və Rusiya-İran formatında keçiriəcək ikitərəfli görüşlərdə müzakirə mövzularından biri olacaq".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Əlbəttə ki, ikitərəfli Rusiya-İran və Rusiya-Azərbaycan, eləcə də üçtərəfli formatda görüşlərdə energetika sahəsində əməkdaşlıq gündəmdə olacaq. Əsas detalları sizə indi deyə bilmərəm", - deyə Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, noyabrın 1-də Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putin azərbaycanlı və iranlı həmkarları ilə ayrılıqda ikitərəfli görüşlər də keçiriləcək.
banner

Oxşar Xəbərlər