• cümə axşamı, 18 aprel, 22:45
  • Baku Bakı 21°C

Kraliça Harri və Meqanın qərarı ilə bağlı ailə müşavirəsi keçirəcək

12.01.20 13:15 547
Kraliça Harri və Meqanın qərarı ilə bağlı ailə müşavirəsi keçirəcək
Böyük Britaniya kraliçası II Elizabet 13 yanvarda nəvəsi şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsinin yüksək vəzifəli üzvləri olmaqdan və onlara təyin edilən maliyyə imtiyazından imtina etmələri ilə bağlı ailə müşavirəsi keçirəcək.
"Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Nəşrin məlumatına görə, bu, kral ailəsinin böyük üzvlərinin ilk görüşü olacaq.
Mənbənin məlumatına görə, kraliçanın Sandrinqem iqamətgahında keçirilən görüşdə II Elizabet, şahzadə Çarlz, Uilyam və Harri iştirak edəcək. Meqanın da görüşə Kanadadan gələcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər