• cümə axşamı, 25 aprel, 01:36
  • Baku Bakı 19°C

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni üzvləri məlum olub

05.06.20 12:22 467
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni üzvləri məlum olub
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri məlum olub.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra aşağıdakı şəxslərin namizədliyi təsdiq olunub:
Əliyev Adil Abış oğlu – Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri,
Nağıyev Arzu Nəsib oğlu – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Ağazadə Əminə Həmid qızı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Mirbəşir oğlu Elşad – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Mirzəyev Səfa Abbas oğlu – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.
Qeyd edək ki, komissiyanın 5 üzvü Milli Məclis, 5 üzvü Konstitusiya Məhkəməsi, 5 üzvü isə Prezident tərəfindən təyin olunur.
banner

Oxşar Xəbərlər