• cümə, 19 Aprel, 12:14
  • Baku Bakı 25°C

Korporativ müştərilər bankinq xidmətinə qoşulur

30.05.17 18:20 1115
Korporativ müştərilər bankinq xidmətinə qoşulur
Bank VTB (Azərbaycan)-ın korporativ müştəriləri VTB Online internet bankinq xidmətinə böyük maraq göstərir və bu xidmətdən istifadə edənlərin sayı durmadan artır. Belə ki, hazırda bankın korporativ müştərilərinin 44%-i internet bankinqə qoşularaq məsafəli xidmətdən istifadə edir.
VTB Online internet bankinq xidmətinə qoşulmaq tamamilə pulsuzdur. Hüquqi şəxslərin daha çox istifadə etdiyi xidmətlər arasında valyuta mübadiləsi, ölkə daxilinə və xaricə, xüsusilə də Rusiyaya pul köçürmələri, eləcə də əmək haqlarının köçürülməsi kimi onlayn məhsullar üstünlük təşkil edir.
VTB Online internet bankinq vasitəsi ilə bank hesablarından xidmətlərin ödənişi, ödənişlərin çoxsaylı davamlı avtorizasiyası və əmək haqqı layihələri üçün ödənişlərin kütləvi köçürülməsi, kart sifarişi və digər bank əməliyyatlarını həyata keçirmək mümkündür.
Bank VTB (Azərbaycan) eləcə də mobil bank xidmətini təklif edir. Beləliklə, internet bankinq istifadəçiləri mobil telefonlarına müvafiq əlavəni yükləyərək, asanlıqla mobil bankinq xidmətindən istifadə edə bilər. VTB Mobile İOS və Android platformalarını dəstəkləyən bütün mobil cihazlara yükləmək mümkündür.
banner

Oxşar Xəbərlər