• çərşənbə axşamı, 19 mart, 10:04
  • Baku Bakı 8°C

Koronavirusun yeni ştammı ilə bağlı cihaz yaradılıb

22.01.21 17:30 404
Koronavirusun yeni ştammı ilə bağlı cihaz yaradılıb
Kanadadakı Kuins Universiteti və Britaniya Kolumbiyası Universitetinin alimləri müxtəlif koronavirusun müxtəlif ştammlarının yoluxuculuq qabiliyyətini qiymətləndirmək üçün cihaz hazırlayıb.
Kaspi.az xəbər verir ki, tədqiqat "bioRxiv” portalında dərc olunub.
Biosensor virusun hüceyrəyə daxil olmasına gətirib çıxaran koronavirus "tikanları”nın və ACE2 fermentinin qarşılıqlı əlaqəsini qiymətləndirir.
Mütəxəssislər "tikan” və fermentin hər birinə bir lüsiferaz zülal hissəciyi "yapışdırıb”. Onlar əlaqəyə keçdikdə zülal işıqlanmağa başlayır. İşıqlanmanın intensivliyinə görə tədqiqatçılar ACE2-yə nə qədər çox "tikan”ın keçdiyini müəyyən edə biliblər. Bütün prosedur 30 dəqiqədən çox çəkmir.
Alimlər cihazın COVID-19 dərmanlarının hazırlanmasında da istifadə edilə biləcəyini qeyd ediblər. Belə ki, dərman təsirli olarsa, xarakterik işıqlanma müşahidə olunmayacaq. (Report)
banner

Oxşar Xəbərlər