• cümə, 29 Mart, 01:29
  • Baku Bakı 7°C

Koronavirusun ikinci dalğası birincisindən daha zəif olacaq

23.05.20 18:45 645
Koronavirusun ikinci dalğası birincisindən daha zəif olacaq
"Koronavirusun ikinci dalğası birincisindən daha zəif olacaq”.SİA-nın xəbərinə görə, bunu Rusiya Səhiyyə Nazirliyinin baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi Yelena Malinnikova müsahibəsində açıqlayıb.
Həkimin sözlərinə görə, mövcud pandemiyadan sonra rusların əksəriyyəti infeksiyaya qarşı toxunulmazlıq alacaq və virusun özü zəifləyəcək: "Yoluxma ilə bağlı müəyyən artımlar ola bilər. Amma ümumilikdə epidemiyanın ilkin dövrlərdəki kimi güclü olması mümkün deyil. Epidemiya prosesinin qanununa əsasən virusun özü getdikcə zəifləyir, əhalinin əksəriyyətində toxunulmazlıq yaranır”.
Bəşəriyyətin bir müddət bundan öncə digər SARS və MERS infeksiyaları ilə qarşı-qarşıya olduğunu xatırladan mütəxəssis qeyd edib ki, artıq uzun müddətdir ki, tibb işçiləri tərəfindən infeksiyaya demək olar ki rast gəlinmir və onlar ciddi xəstəliklərə səbəb olmur: "
Onun sözlərinə görə, COVİD-19-la bağlı ikinci dalğada virusa qarşı antikorların təyin edilməsi böyük əhəmiyyət daşıyır: "Biz insanların immun dayanıqlığını müəyyən etmək və gələcəkdə kimlərə nə qədər peyvəndlərin veriləcəyini müəyyən etmək üçün testlər etməkliyik”.
banner

Oxşar Xəbərlər