• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

Koronavirusun əsas fəsadları açıqlandı

31.05.20 12:30 525
Koronavirusun əsas fəsadları açıqlandı
Koronavirus xəstələri arasında ən çox rast gəlinən ağırlaşmalar sepsis (42faiz), tənəffüs və ürək çatışmazlığı (müvafiq olaraq36və12faiz), həmçinin qanın laxtalanmasıdır (7faiz).
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Moskva Dövlət Tibb Universitenin professoruAndrey Demindeyib.
O, Uhan xəstəxanasının statistikasına istinad edib. Qeyd olunan ağırlaşmalardan əlavə, xəstələrdə mədə-bağırsaqda, böyrəklərdə, qaraciyərdə, beyində, periferik sinir sistemində, qan damarlarında pozuntular, həmçinin dəri təzahürləri müşahidə olunur.
Demin əlavə edib ki, bəzi hallarda xəstələrdə infeksiyanın klinik təzahürləri olmasa da, immun sisteminin, qaraciyər, böyrəklər və digər orqanların funksiyasıdəyişir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusupandemiya elan edib.
ÜST-ün məlumatına görə, dünyadakoronavirusa5 817 385yoluxma və362 705ölüm qeydə alınıb.
banner

Oxşar Xəbərlər