• şənbə, 20 Aprel, 12:32
  • Baku Bakı 23°C

Koronavirusla mübarizəyə cəlb edilən özəl tibb müssisələrinin işçilərinə əlavə, könüllülərə mükafat ödəniləcək

01.04.20 21:52 855
Koronavirusla mübarizəyə cəlb edilən özəl tibb müssisələrinin işçilərinə əlavə, könüllülərə mükafat ödəniləcək
Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə” sərəncam verib.
APA-nın məlumatına görə, sərəncamaəsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsini təmin etmək məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl və təsərrüfathesablı tibb müəssisələri işçilərinə dövlət tibb müəssisələrində çalışan müvafiq vəzifəyə və staja malik işçilər üçün "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli qərarı iləmüəyyən edilmiş məbləğlərdə 2020-ci il aprelin 1-dən müddətli əlavə ödəniləcək.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödəniləcək.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyinəMaliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
banner

Oxşar Xəbərlər