• cümə, 29 Mart, 15:32
  • Baku Bakı 14°C

Koronavirusla mübarizədə dövlət qabaqlayıcı tədbirləri vaxtında görməklə təhlükənin böyüməsinin qarşısını aldı

05.04.20 14:45 626
Koronavirusla mübarizədə dövlət qabaqlayıcı tədbirləri vaxtında görməklə təhlükənin böyüməsinin qarşısını aldı
Koronavirusla mübarizədə dövlət qabaqlayıcı tədbirləri vaxtında görməklə təhlükənin böyüməsinin qarşısını aldı.
Bunu Trend-ə politoloq Sona Əliyeva deyib.
S.Əliyeva vurğulayıb ki, vətəndaşlarımız başa düşməlidir ki, kornavirus pandemiyası dünyaya "müharibə" elan edib:"Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altlndadır. Səhiyyəsi inkişaf etmiş ölkələr belə bu pandemiya ilə bacara bilmirlər. Bu ölkələrdə xəstəxanalar doludur. Həkim çatışmazlığı var. Dünya ölkələri onlara yardım göndərirlər. Bu amansız virus əsasən yaşlı insanları hədəf alan bir düşməndir. Hətta immuniteti zəif olan orta yaşlı və gənclər də bu virusun qurbanı olurlar. Hər gün onlarla, yüzlərlə adam bu virusa yoluxur. Ölənlərin sayı da durmadan artır. Bizdə cəmi beş nəfər dünyasını dəyişib. Sağalanlar isə bundan beş-altı dəfə çoxdur. Unutmayaq ki, hazırda vəziyyət ən pis ssenari üzrə davam edir"
Politoloq bildirib ki, Azərbaycan vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara əməl etməlidirlər:"Təəssüf ki, bəzi hallarda insanlar özlərinin və doğmalarının həyatlarına çox biganə yanaşırlar. Bu virusun qarşısı alınmazsa, o zaman xəstəxanalarımız, həkimlərimiz də yoluxan şəxslərə bir çarə tapa bilməyəcək. Çünki ölkədə 85 minə yaxın həkim və tibb bacısı personalı var. Vəziyyət daha da ciddiləşərsə, onlar da çətin duruma düşəcəklər. Hər bir vətəndaş karantin rejiminə ciddi əməl etməli, evdən bayıra çıxmamalıdır. Bir nəfərin yoluxması çevrəsindəki, təmasda olduğu bütün insanları, doğmalarını da bu bəlaya sürükləyə bilər".

banner

Oxşar Xəbərlər