Koronavirusla mübarizə çərçivəsində “Online hüquqi məsləhət” layihəsinə başlandı
Gənclərin
Maarifləndirilməsinə və İnkişafına Dəstək (GMİD) İctimai Birliyi ödənişsiz "Online hüquqi məsləhət” layihəsinin icrasına başlayıb. Layihə barədə məlumat verən birliyin sədri
Rüfət Cavadzadə bildirib ki, layihənin məqsədi Covid19 virusu il mübarizənin
aparıldığı dövrdə vətəndaşlara məsafədən hüquqi məsləhət verməkdir. R.Cavadzadə
Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti nəticəsində koronavirus
infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə zəruri tədbirlərin davam
etdirildiyini, belə
tədbirlərin ən mühüm hissəsinin vətəndaşların ünsiyyətini minimuma qədər
azaltmaq olduğunu, indiyə qədər mərhələli şəkildə görülmüş tədbirlərin ünsiyyətin
xeyli azalmasına səbəb olduğunu vurğulayıb.
O həmçinin qeyd edib ki, müəyyən zəruri işlər səbəbindən
vətəndaşların "özünütəcrid”i qeyri-mümkün olur ki, bu hal infeksiyanın yayılması
təhlükəsini artırır: "Bu səbəbdən infeksiyanın yayılmasının qarşısının qısa
müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların "özünütəcrid” üçün
daha əlverişli şərtlərlə təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən uğurlu tədbirlərə
dəstək vermək məqsədi ilə Gənclərin
Maarifləndirilməsinə və İnkişafına Dəstək (GMİD) İctimai Birliyi
tərəfindən "Online Hüquqi məsləhət” xidmətləri layihəsinə start verilib. "Online
Hüquqi məsləhət” xidmətləri çərçivəsində Birliyə məxsus elektron, poçt
ünvanları, sosial şəbəkələrdə olan profil və səhifələr vasitəsi ilə vətəndaşların
hüquqi sorğuları cavablandırılacaq və zərurət olduğu halda müxtəlif sənəd (Ərizə,
İddia ərizəsi, qərar, şikayət) nümunələri onlara təqdim ediləcəkdir”.
Layihədən faydalanmaq istəyənlər üçün əlaqə vasitələri:
e-mail: [email protected]
https://www.facebook.com/legal.help1/
https://www.facebook.com/gmid.huquqi.meslehet/
https://www.instagram.com/gmidlegalcenter/