• cümə, 19 Aprel, 08:57
  • Baku Bakı 13°C

"Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər"

04.04.20 16:38 497
"Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər"
"Koronavirusla mübarizədə iştirak edən həkimlər və digər zəhməti keçən şəxslər əgər dünyasını dəyişsələr, o biri dünyada şəhadət tapacaqlar, yəni şəhiddirlər".
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, ŞeyxüslamAllahşükür PaşazadəReal TV-yə müsahibəsində deyib.
O bildirib ki, koronavirusla mübarizədə iştirak edənlərsanki mübaribədə düşmənlə üzbəüz gələrək canını, qanını qurban verirlər: "Ona görə də biz həmin insanlarınqədrini bilməliyik. Allahın bizə bəxş etdiyi bu canı qorumalıyıq. Bu, bizim borcumuzdur. Eyni zamanda ehtiyacı olan insanlara kömək etmək savab işdir. Lakin kimsə bu məsələdəqanuna riyaət etmədən başqasını da xəstələndirirsə və onlar rəhmətə getsə, onunbütün insanlığı öldürən qədər günahı var. Çünki həmin şəxs tək özünü deyil, başqalarının da həyatını təhlükəyə atmış olur".
banner

Oxşar Xəbərlər