• cümə, 19 Aprel, 07:42
  • Baku Bakı 13°C

Koronavirusla bağlı yeni elmi nəticə: evdə karantin

02.06.20 16:15 688
Koronavirusla bağlı yeni elmi nəticə: evdə karantin
"COVID-19 virusu ilə mübarizənin ikinci mərhələsində də ilk mərhələdə olduğu kimi elmi tədqiqatlar davam edir. Amma yeni mərhələdə elmi tədqiqatların mövzularına nəzər salsaq görərik ki, ilk mərhələdə virusun öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan fərqli olaraq epidemioloji və virusla mübarizə strategiyasının təşkili ilə bağlı tədqiqatlar çoxluq təşkil edir. Bu istiqamətdə Honkonqda aparılan tədqiqatlardan biri özünün metodik olaraq sistemli və virus daşıyıcılarının da elmi olaraq dəqiq qiymətləndirməsinə görə hazırda dünyada mübarizə strategiyasına yeni bir mərhələ gətirib”.
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, bu tədqiqatda öncə sübut olunur ki, virusu əhali arasında yayan yüksək yoluxduruculuğa malik təxminən 20% insanlardır. Onlar da virusa tutulmayan 80%-i yoluxdurur və Kappa əmsalı da 0,45-dir: "Buradan çıxan ilkin nəticə ondan ibarətdir ki, həmin 20% insan qrupu tapılıb və izolyasiya olunsa, təbii ki, tez bir zaman çərçivəsində pandemiya bitmiş olar. Amma bu, hazırda tətbiq edilən mübarizə strategiyası ilə o qədər də asan deyil.
N.Abdullayev deyir ki, bu tədqiqat mübarizə strategiyasında vacib olan amil kimi insanların necə düzgün izolyasiya və karantinə alınmalı olduğunu da sübut edir: "Tədqiqatçılar öncə onu izah edirlər ki, bir insanda PCR vasitəsi ilə virus olması haqda diaqnoz qoyularkən və karantinə alınana qədərki zaman çərçivəsində belə, onun iştirak etdiyi müəyyən qrupda yoluxma halları artıq baş verib və davam edir, beləliklə də, zaman itirilir. Burada da virusun tez yayılmasına səbəb artıq sübut olunmuş güclü yoluxduruculuq effektidir, yəni bir adam yoluxma əmsalından da dəfələrlə çox insanı yoluxdurur. Bununla da bu tədqiqatdan bütün dünyanın virusla mübarizə strategiyasında nəzərə almalı bir məqam ortaya çıxır. Belə ki, məsələn, 1 nəfər virusa yoluxan şəxs aşkarlanıb, təcili olaraq həmin şəxsin son 2-3 gündəki kontaktlarına baxılmalıdır. Xüsusilə də o məqsədlə ki, hər hansı bir qrup təşkil edən yerlərdə olubmu ki, orada güclü yoluxduruculuq effekti ilə virus yayılsın və ya yayılmasına şübhə olsun. Əgər belə qruplarda iştirak öz təsdiqini taparsa, həmin qruplarda olan insanların hamısı PCR testi edilmədən və hətta xəstəliyin əlamətləri olmasa belə təcili izolyasiya olunmalıdır. Bu, yuxarıdakı strategiya ilə virusun yayılmasının qarşısı hətta o səviyyədə alına bilər ki, peyvənd tapılana qədər yoluxmada vacib qrup təşkil edən 20% insanda immunitet yaranar və ümumilikdə də pandemiya bitmiş olar. Bundan əlavə, bu strategiya ilə ölkələr testlərə xərclənəcək milyonlar məbləğində pulu qənaət etmiş olacaqlar. Bu strategiyanın tətbiqi üçün vacib məqamlardan biri də yuxarıda qeyd etdiyimiz müəyyən qruplarda olan şübhəli insanların tez bir zamanda - bir neçə dəqiqə ərzində tapılmasıdır. Bildirim ki, İngiltərədə hazırlanan model əsasında və ağıllı telefonlarda müvafiq proqramların köməyi ilə bunu Avropada tətbiq etmək nəzərdə tutulub. Belə ki, əgər hər hansı bir kəs belə qruplarda iştirakına görə izolyasiya olunub karantinə alınmalıdırsa, telefonla həmin an bildiriş alır və mütləq şəkildə evdə qalması bildirilir”.
banner

Oxşar Xəbərlər