• şənbə, 20 Aprel, 00:05
  • Baku Bakı 15°C

Koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı 284-ə çatdı

25.04.20 12:00 507
Koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı 284-ə çatdı
Dünyada koronavirusa yoluxmuş BMT əməkdaşlarının sayı məlum olub.
"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsiStefan Dyujarrikkeçirdiyi videobrifinqin gedişatında bildirib.
O, qeyd edib ki, dünyanın ən böyük təşkilatının 280-dən çox üzvü COVD-19 infeksiyasına yoluxub.
"Dünən axşamkı məlumata görə, dünyada BMT əməkdaşları arasında ümumi 284 yoluxma halı var", - Dyujarrik deyib.
Onun sözlərinə görə, BMT katibliyinin heyətində sülh, səhra və siyasi missiyalar daxil olmaqla, 43 xəstə var.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus210ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusupandemiya elan edib.
banner

Oxşar Xəbərlər