• cümə, 19 Aprel, 02:16
  • Baku Bakı 18°C

Koronavirus peyvəndi ilin sonunadək hazır ola bilər

27.05.20 23:04 715
Koronavirus peyvəndi ilin sonunadək hazır ola bilər
Koronavirus peyvəndi noyabr-dekabr aylarınadək hazır ola bilər.
APAxəbər verir ki, bu barədə ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutunun direktoru Antoni Fauçi "CNN”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi peyvəndin hazırlanması üçün yaxşı imkanlar var.
"Düşünürəm ki, bizim yaxşı imkanımız var, əgər hər şey öz yerinə düşərsə, ilin sonunadək – noyabr-dekabr aylarınadək biz peyvəndi hazırlaya bilərik”, - A.Fauçi bildirib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hazırda COVİD-19 virusu əleyhinə 10 peyvəndin klinik sınaqlarının həyata keçirildiyini açıqlayıb.
banner

Oxşar Xəbərlər