AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına ağır zərbə vurub

Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına ağır zərbə vurub

İqtisadiyyat
26 May 2020, 18:00 321
Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına ağır zərbə vurub.
AZƏRTAC xəbər verir ki, bu ilin birinci rübündə ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2,2 faiz azalıb.
Ölkənin Federal Statistika İdarəsi hesab edir ki, bu, 2008-2009-cu illərdəki dünya maliyyə böhranından və Almaniyanın birləşməsindən sonra iqtisadiyyat sahəsində miqyasına görə, qeydə alınmış ən aşağı göstəricidir.
Bunu bir sıra səbəblərlə, o cümlədən də fərdi istehlakın azalması və investorların qeyri-müəyyən durumu ilə əlaqələndirirlər.