• cümə axşamı, 18 aprel, 04:18
  • Baku Bakı 15°C

Koronavirus havaya necə təsir edir?

25.04.20 18:53 1563
Koronavirus havaya necə təsir edir?
Koronavirus pandemiyası ilə əlaqədar olaraq, demək olar ki, dünyanın bütün nöqtələrində tətbiq edilən karantin rejimindən sonra ətraf mühitdə, atmosfer qatında dəyişikliklərin baş verməsi gözləniləndir.Bununla bağlıEkologiya və Təbii Sərvətlər Nazirliyi yanındaMilli Hidrometeorologiya Xidmətinin rəhbəriUmayra Tağıyevanın "Report"a müsahibəsini təqdim edirik:
- Ölkələr koronavirusla aktiv mübarizədədir. Yaranmış vəziyyət insan fəaliyyətinin bütün sahələrinə təsir göstərib. Həm insan sağlamlığına, həm cəmiyyətin ünsiyyət formatlarına, həm dəelm-təhsil metodlarına, iqtisadiyyata və s. Bəs bunun təbiətə təsiri necədir?
- Dünyanın müxtəlif regionlarında ətraf mühitdə dəyişikliklər qeydə alınır. Hətta peyk görüntülərinə əsasən atmosferin şəffaflığı haqqında məlumatlar yayıldı. Bəzi ölkələrdə aparılan tədqiqatlar göstərir ki, atmosfer havası 30-50 faizədək təmizlənib.Təbiət sürətlə özünü təmizləmə, özünü bərpa prosesinə keçib. Ən tez təmizlənən böyük şəhərlərin atmosfer havasıdır. Hətta Hindistanın bəzi şəhərlərində illər boyu smoqdan bağlı olan Himalay dağları görünüb.Pekin, Nyu-York, İstanbul kimi şəhərlərlə yanaşı bizim gözəl Bakımızın da havası təmizlənib, səffaflıq artıb, mavi səma və açıq üfüq göz oxşayır. Aparılan müşahidələr göstərir ki, Bakı şəhərinin ən çox çirklənməyə məruz qalan nöqtələrində belə nəzərə çarpan müsbət dəyişikliklər mövcuddur.
- Ciddi karantin rejimi bitdikdən sonra əvvəlki vəziyyət geri dönə bilərmi? Nə qədər müddətə havanın çirklənmə vəziyyəti əvvəlki səviyyəyə qayıda bilər?
- Bu zamana qədər belə bənzər hadisələr olmadığından oxşar tədqiqatlar da olmayıb. Amma havanın çirklənməsi üçün elə də uzun zaman lazım deyil. Nəzərə alsaq ki, şəhərimizdə atmosfer havasını əsas çirkləndirən mənbə avtonəqliyyatdır və onların hərəkətinə qadağa götürüldükdə, çox qısa bir zamanda əvvəlki səviyyəyə çatacaq. Deməli, tullantılar da əvvəlki qədər olacaq və nəticədə hazırkı təmiz havamız az bir müddətdə yenidən çirklənəcək.Bu prosesə işini bərpa edən digər müəssisələr də qoşulduğu halda havaya atılan çırkləndirici maddələr əvvəlki səviyyəyə çatacaq.
- Bəs o zaman hansı işlər görülməli, yənihava necə qorunmalıdır?
- Düşünürük ki, fasilə fürsətindən istifadə edib sənaye və iaşə müəssisələri müasir təmizləyici qurğularla təchiz olunmalıdır. Şəxsi nəqliyyat vasitələrindən daha səmərəli istifadə etmək, ictimai nəqliyyata üstünlük vermək, ictimai nəqliyyat vasitələrinin hərəkətini düzgün tənzimləməklə sərnişinlərin rahatlığını təmin etmək.Yaxın məsafələrə belə şəxsi avtomobilində gedənlər sağlamlıqları üçün piyada gəzməklə həyata baxışlarını dəyişsələr çox gözəl olar.Burada yaşıllaşdırmanın da böyük rolunu vurğulamaq lazımdır. Son zamanlar çoxsaylı ağacəkmə aksiyaları keçirilir, əvvəllər çirklənmiş ərazilər təmizlənib, yerlərində isə müasir suvarma sistemləri ilə təchiz olunmuş parklar və yaşıl sahələr salınır. Yəni təmiz hava uğrunda mübarizəmiz iki istiqamətli olmalıdır. Bir tərəfdən atmosfer havasına zərərli tullantıları azaltmaqla, digər tərəfdən isə zərərli qazların uducuları olan yaşıllıqları qorumaq və onları artırmaqla.
Beləliklə, nəfəs aldığımız havanın təmizliyi yalnız özümüzdən asılıdır. Gəlin bunu unutmayaq.
banner

Oxşar Xəbərlər