Koronavirus: evdən işləyənlər üçün ən faydalı video-konfrans proqramları - Texno-məsləhət
Qlobal
pandemiya zamanı, Azərbaycan da daxil olmaqla bütün dünyanın şirkət və təşkilatlarının
əksəriyyəti öz işçilərinə evdən işləməyi tövsiyə edib. Lakin evdə olarkən iş
proseslərində yaxından iştirak etmək, iclas və iş görüşlərinin keçirilməsi o qədər
da asan deyil.
Evdən
işləyənlərin biznes və əmək fəaliyyətini asanlaşdırmaq üçün 21-ci əsrin ən son
nailiyyətləri və texnologiyaları gündəmə gəlir. İndiki dövrdə isə ən populyar və
faydalı texnologiya video-konfrans proqramlarıdır, hansı ki ev şəraitində görülən
işin effektivliyini maksimal dərəcədə artıra bilər.
Son
aylarda video-konfrans proqramları arasında dünyada ən böyük rəğbət qazanan "Zoom”
tətbiqetməsidir. Karantin zamanı bu proqram dünya üzrə milyonlarla insan tərəfindən
onlayn iclaslar və konfranslar üçün istifadə olunur. "Zoom”, 100 nəfərə qədər
iştirakçının eyni vaxtda iclasa qatıldığını təmin etməklə yanaşı, şəkillərin və
faylların asanlıqla digər iştirakçılara göndərilməsi funksiyasına və başqa
üstünlüklərə malikdir.
Həmçinin,
evdə qalarkən iş yoldaşları arasında əlaqəni asanlaşdırmaq üçün nəzərdə
tutulmuş "Microsoft Teams” proqramı da populyarlıq qazanıb. Əlbəttə ki, ev şəraitində
işləmək və hətta dostlarla ünsiyyəti dayandırmamaq üçün ənənəvi "Skype” və "Skype
for Business” tətbiqetmələri da faydalı ola bilər.
"Google”
şirkəti isə bu tendensiyanı dəstəkləyərək özünün "Google Hangouts Meet” tətbiqetməsini
təqdim edib. Bu proqram yüksək keyfiyyətli video və audio görüşlərdə 250 nəfərə
qədər iştirakçının qatılmasına imkan yaradır. Həmçinin, bu tətbiqetmə "Google”un
"nitqdən-mətnə” texnologiyasını da təmin edir, bu isə iclasda iştirak etməyən,
lakin onun gedişatından xəbərdar olmaq istəyən istifadəçilər üçün çox
faydalıdır.
Qeyd edək
ki, bütün bu tətbiqetmələr Azərbaycanda da geniş şəkildə istifadə olunur və "Google
Play” və "Appstore” vasitəsilə əldə oluna bilər.
Aygün
ƏZİZ