• cümə axşamı, 28 mart, 17:40
  • Baku Bakı 16°C

Koronavirus Ermənistanı çökdürür

02.06.20 18:08 800
Koronavirus Ermənistanı çökdürür
Hökumətin atdığı addımlar virusun yayılmasının qarşısını almaqda acizdir

"Vəziyyət gərgindir və biz böhrandan çıxmaq üçün əlimizdən gələni edirik”. Bu barədə Ermənistanın koronavurusa yoluxduğunu iddia edən baş naziri Nikol Paşinyan bildirib. O əlavə edib ki, koronavirusun xüsusiyyəti ondadır ki, bir çox xəstələr intensiv tibbi yardım aldıqdan sonra ölürlər. Onun sözlərinə görə, bu, çox ağır xəstəlikdir və hamı da buna ciddi yanaşmalıdır. "İkinci dalğa başlayıb və müəyyən artım qeydə alınır. Biz ikinci dalğanı nəzarət altına almaq üçün hər şeyi etməliyik”, - deyə baş nazir bildirib. Maraqlıdır ki, Paşinyan canlı yayım zamanı koronavirusa necə yoluxduğunu da açıqlayıb. "Güman edirəm ki, işgüzar iclas zamanı yoluxmuşam. Bilirsiniz ki, belə iclaslarda stola su dolu stəkanlar qoyulur. Mənə stəkan verən şəxsin əlcəkdə olmadığını gördüm. Yerindəcə onu tənbeh edib, stəkanı dəyişməsini istədim”, – deyə o bildirib. Paşinyan sonradan bu ofisiantda koronavirusun aşkar edildiyini söyləyib.
Açıqlanan son məlumatlara görə, son sutka ərzində Ermənistanda 517 nəfərdə koronavirus aşkarlanıb. Ölkədə daha 19 nəfər bu virusdan ölüb. Ermənistanın səhiyyə naziri Arsen Torosyan məlumat verib ki, hazırda virusa yoluxanların sayı 10 009 nəfər təşkil edir. Ölkədə pandemiyadan ölənlərin sayı 158 nəfərə çatıb. Bildirilib ki, hazırda Ermənistanda 6368 aktiv koronavirus xəstəsi var. Nazir deyib ki, Ermənistanda COVID-19-a yoluxanlardan 440-nın vəziyyəti ağır, 55-nin vəziyyəti isə kritikdir. Bunlardan 16 nəfəri süni nəfəs aparatına qoşulub. A.Torosyan hələlik bu vəziyyətin öhdəsindən gələ bilmədiklərini bildirib.
Ölkənin başının üstünü alan təhlükə tək xəstə sayının artması deyil. Qonşu dövlətlərin də sərhədi bağlaması Ermənistanın durumunu ağırlaşdırır.
Gürcüstan bəyan edib ki, öz sərhədlərini koronavirusun yayılma riski çox olan ölkələrdən, o cümlədən Ermənistandan gələcək turistlər üçün açmayacaq. 1 milyon nəfərin hesablanması ilə Ermənistan 3204 infeksiya daşıyıcısı sayına görə regionda "rekordçu” olaraq qalmağa davam edir. "www.worldometers.info” saytının statistik göstəricilərinə əsasən bu qənaətə gəlinib. Müqayisə üçün qeyd edək ki, iyunun 1-nə olan vəziyyətə əsasən, Rusiyada bu rəqəm 2843, Türkiyədə 1955, İranda 1841, Azərbaycanda 559, Gürcüstanda isə 199 təşkil edir. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində də koronavirusa yoluxanların sayı artıb. İndiyə kimi cəmi 926 test aparılıb və onlardan 46-sı pozitiv çıxıb. Testlərin artacağı halda koronaviruslu xəstələrin sayında da kəskin artım olacağı bildirilib.
Erməni həkim-terapevt, Ermənistan Daxili Xəstəliklər Həkimlər Assosiasiyasının sədri Lamara Manukyan hesab edir ki, koronavirusa qarşı mübarizə uğursuz oldu, çünki nəzarət, vətəndaşlar və dövlət orqanları arasında əməkdaşlıq olmayıb. Həkimin sözlərinə görə, bir sıra fəaliyyətlər var ki, onlar əvvəlcədən həyata keçirilsəydi, bu gün bənzər artım qeydə alınmazdı. "Kütləvi test etmək lazım idi, əgər bu, bir neçə yüz nəfər virus daşıyıcısı olanda edilsəydi, indi vacib fərq olardı”, - deyə Manukyan bildirib.
Maraqlıdır ki, Paşinyanın koronavirus tutmasına Rusiya mediasında da yer ayrılıb. Rusiyanın "Moskovskiy komsomolets” nəşrində dərc olunan məqalədə bildirilir ki, Ermənistanda çoxları düşünür ki, hökumət rəhbəri hiyləgərlik edir. Saytın məlumatına görə, Paşinyan epidemiya əleyhinə təhlükəsizliyin bütün qaydalarına riayət etdiyini iddia edir, lakin bunlar onu yoluxmaqdan xilas etməyib. Sayt daha sonra əlavə edir: "Bununla belə, Paşinyan dövləti idarə etməkdən imtina etməyə hazırlaşmır. Növbəti iki həftə ərzində o, ölkəni Sevandakı hökumət evindən idarə edəcək. Həyat yoldaşı Anna Akopyan da tanışları və yaxınları ilə ünsiyyəti dayandırıb, Ermənistanda uşaqlar gününə həsr olunmuş konsertdə iştirak etməkdən imtina edib”.
Müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublikaçılar Partiyasının üzvü Artak Zakaryan öz "Facebook” səhifəsində mövcud durumu şərh edib. "Mən səmimi olaraq yaranmış vəziyyətə görə təəssüflənirəm. Bu vəziyyət ziyalıdan, hakimdən, müxalifdən tutmuş sıravi şüurlu vətəndaşa qədər heç kimə şərəf gətirmir. Keçmişdə olmuş çatışmazlıqlar barədə uydurulmuş əfsanələr artıq hakimiyyətin səriştəsizliklərini əsaslandırmaq üçün bəhanə deyil. Ermənistan sakinləri bu cür sığınacağa layiq deyildi”, - deyə o qeyd edib.
Ermənistanın "Vətəndaş Müqaviləsi” Partiyasının həmtəsisçisi və keçmiş üzvü Artur Hambardzumyan isə deyib ki, hazırda ölkədə siyasi hakimiyyət, hökumət, parlament yoxdur, siyasi hakimiyyətin, hökumətin, parlamentin imitasiyası var. Hambardzumyan qeyd edib ki, əhalinin dəstəyi üçün atılan addımlar imitativ xarakter daşıyır. "Bu gün Ermənistanda siyasi hakimiyyət yoxdur və dövlət artıq uzun aylardır bürokratik sistem tərəfindən idarə olunur”, - deyə o bildirib. A.Hambardzumyanın sözlərinə görə, imitativ hökumətin hərəkətlərində məntiq axtarmaq nankor işdir. O əlavə edib ki, Ermənistan baş naziri N.Paşinyan yaydığı zəhər içərisində boğulacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər