• cümə, 29 Mart, 19:01
  • Baku Bakı 14°C

“Korlanmış uşaq olduğunu deyə bilmərəm”

10.02.20 16:22 2273
“Korlanmış uşaq olduğunu deyə bilmərəm”
PSJ-nin idman direktoru Leonardo Kilian Mbappe ilə baş məşqçi tomas Tuxel arasındakı münaqişə barədə danışıb.
Kaspi.az xəbər verir ki, o, münaqişə barədə məlumatlı olduğunu etiraf edib. Ancaq Mbappeni sərt şəkildə ittiham etməkdən də çəkinib:
"Mən bu söhbət, ümumiyyətlə, Mbappenin davranışı barədə nələrsə eşitmişəm. Əgər futbolçu meydanı tərk edibsə və məşqçi ilə danışıbsa, yaxşı, günahkardır.
Ancaq Mbappenin tamamilə korlanmış uşaq olduğunu da deyə bilmərəm. O, intellektli, sədaqətli və fantastik bir futbolçudur”.
Qeyd edək ki, "Monpelye” ilə qarşılaşmada əvəzlənə Mbappe buna sərt etiraz etmişdi. O, Neymar və Di Mariyadan fərqli olaraq, mütəmadi əvəzlənməsindən narazı olduğunu bildirmişdi.
banner

Oxşar Xəbərlər