• şənbə, 30 Mart, 09:20
  • Baku Bakı 10°C

Konqresmen Azərbaycanın Respublika günü münasibətilə bəyanat verib

21.05.13 07:52 1384
Konqresmen Azərbaycanın Respublika günü münasibətilə bəyanat verib
ABŞ Konqresinin Nümayəndələr Palatasının Texasdan olan üzvü, konqresmen Ruben Hinojosa Azərbaycanın Respublika Gününün 95-ci ildönümü ilə əlaqədar bəyanat verib, bu münasibətlə öz təbriklərini çatdırıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, R. Hinojosa bəyanatda Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğunu, lakin bu müstəqilliyə Sovet qoşunları tərəfindən son qoyulduğunu qeyd edib.
Konqresmen Azərbaycan və ABŞ-ın güclü münasibətlər formalaşdırdığını, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatların keçirilməsində, o cümlədən Əfqanıstandakı əməliyyatlarda ABŞ-a ciddi və çoxşaxəli dəstək verdiyini bildirib.
Eyni zamanda, o, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı xüsusi rolunu təqdir edib.
banner

Oxşar Xəbərlər