• şənbə, 20 Aprel, 03:35
  • Baku Bakı 15°C

Konfederasiyalar Kubokunun ən yaxşıları

03.07.17 10:42 855
Konfederasiyalar Kubokunun ən yaxşıları
Rusiyada keçirilən Konfederasiyalar Kuboku Almaniyanın qələbəsilə yekunlaşdı.
Kaspi.az xəbər verir ki, final oyunundan sonra turnirin ən yaxşı futbolçuları da mükafatlandırılıb. Turnirin ən yaxşı futbolçusu Almaniya yığmasının kapitanı Yulian Draksler hesab edilib.
Turnirin "Qızıl buts” mükafatını da almaniyalı Timo Verner qazanıb. 21 yaşlı futbolçu 3 qol vurub. Onunla bərabər, daha 2 futbolçu turnirdə 3 dəfə fərqlənib. Ancaq Timo 2 qol ötürməsi də etdiyi üçün mükafat ona verilib.
"Qızıl əlcək” mükafatını isə Çili yığmasının qapıçısı Klaudio Bravo qazanıb. O, Portuqaliya ilə yarımfinal qarşılaşmasında 3 penaltini qaytarmışdı.
Finalda Çiliyə 1:0 hesabı ilə qalib gələn Almaniya tarixində ilk dəfə Konfederasiyalar Kubokuna sahib çıxıb.
banner

Oxşar Xəbərlər