AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Komendant saatını pozdu, həbs olundu

Komendant saatını pozdu, həbs olundu

İdman
04 Aprel 2020, 19:45 655
"Əl-İttihad” klubunun serbiyalı hücumçusu Aleksandr Prijoviç həbs olunub. 
 
Kaspi.az xəbər verir ki, Prijoviç komendant saatını pozduğu üçün saxlanılıb. Onu Belqradda həbs ediblər. 
 
Hücumçu 5 nəfərlə birgə Belqrad otellərdən birinin restoranında saat 17:00-dan sonra içki məclisi təşkil edib. Onunla birlikdə olanlar da saxlanılıblar. 
 
Koronavirusa görə Serbiyada saat 17:00-dan səhər saat 5-ə qədər komendant saatı tətbiq olunub.