• cümə axşamı, 28 mart, 13:33
  • Baku Bakı 16°C

Kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır

13.09.17 11:10 761
Kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır
Bu gün tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır.
DİM-dənAPA-ya verilən məlumata görə, abituriyentlər saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
banner

Oxşar Xəbərlər