Kollecdə ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib - Fotolar
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı Bakı
İdarəetmə və Texnologiya Kollecində (BİTKol) anım
mərasimi keçirilib. Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib,
ardınca ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib. Kollec tələbələrinin aparıcılıq etdiyi mərasimdə ümummilli liderin
həyat və yaradıcılığından söhbət açılıb, onun gördüyü böyük işlər sadalanıb, dahi
şəxsiyyətə həsr olunan şeirlər, bayatılar bədii qiraət olunub.
Kollecin
tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov mərasimdə çıxış edərək
bildirib ki, Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi
ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Onun
sözlərinə görə, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni
həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Direktor
müavini qeyd edib ki, Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim
tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə
qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu
Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Kollecin
istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov tarixə ekskurs edərək
bildirib ki, bir çox həlledici anlarda tarix şəxsiyyətlər üzərində qurulur.
Onun fikrincə, tarixən hər bir xalqı xilas edən, onun çətin, gərgin anlarında
böyük məsuliyyəti öz çiyinlərində daşıyan lideri olub. Direktor müavini deyib
ki, Azərbaycan xalqının tarixində də belə şəxsiyyətlər olub və onlar daim qürur
mənbəyimizdir: "XX əsrdə Azərbaycan xalqının yetirdiyi belə şəxsiyyət ümummilli
lider Heydər Əliyevdir. İstər SSRİ dövründə, istərsə də müstəqilliyimizin
bərpasından sonrakı illərdə ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti
qarşısında misilsiz xidmətlər göstərib. O, hələ sağlığında ölkəmizin dünəni, bu
günü və gələcəyi naminə elə işlərə imza atıb ki, bu gün Azərbaycan deyəndə
Heydər Əliyev, ümummilli lider Heydər Əliyev deyəndə Azərbaycan yada düşür.
Sevindirici haldır ki, onun siyasi kursu hazırda Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Bu siyasi kurs Azərbaycanın müstəqilliyinin
əbədi və dönməzliyini daha da möhkəmləndirir, ölkəmizin inkişaf edərək bölgədə
və dünyada nüfuzunun artmasına səbəb olur. Beləliklə də nə qədər ki, müstəqil
Azərbaycan var, yaşayır və inkişaf edir, ümummilli lider Heydər Əliyev də daim
yaşayacaq, onun adı Azərbaycanla qoşa səslənəcəkdir”.
Çıxışlardan
sonra mərasimdə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından, Azərbaycan
xalqı və dövləti qarşısında xidmətlərindən bəhs edən video-çarx nümayiş
etdirilib.