“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb
"İrəli” İctimai Birliyinin təşkilati, Gənclər
Fondunun maliyyə dəstəyi ilə keçirilən XIII qrant müsabiqəsinin qalibi Əfsanə
Şükürovanın "Könüllü Başlanan Uğurlu Yol” adlı fərdi layihəsinin icrası başa
çatıb.
Layihə rəhbəri Əfsanə Şükürova qeyd edib ki, ölkəmizdə
gənclərə, xüsusilə də gənc könüllülərə xüsusi diqqət var. Bu diqqətin göstəricilərindəndir
ki, Cənab Prezident İlham
Əliyevin 2020-ci ili "Könüllülər İli” elan etdi. Bu, gənclərin əzmkarlığını
daha da artıracaq və bu hərəkat genişlənməkdə davam edəcək. Könüllülər ilində həyata
keçirilən bu layihədə çata bilmədiyimiz gənclər qurupuna çatmağa, onlarda
sosial aktivlik, könüllülük fəaliyyətinin inkişafına çalışdıq və bu istiqamətdə
təlimlər keçirildi.
Layihənin əsas məqsədi gənclərin dəstəklənməsi, təhsilə,
peşə fəaliyyətinə həvəsləndirilməsi, sosial həyatda aktivliyinin artırılması
olub. Bu xüsusda gənclərə könüllülük fəaliyyətinin faydaları izah olunaraq,
onların özünü inkişaf etdirməsinə, peşə təcrübəsi qazanmasına dair əyani nümunələr təqdim olunub.
Layihə çərçivəsində 3 gün ərzində gənclərə bu
istiqamətdə təlimlər keçirilib, bugünki gündə necə təcrübə qazanmaq, könüllülük
fəaliyyətlərinə necə qoşulmaq olar, şəxsi inkişaf üçün nə etmək lazımdır və sıfırdan
uğur qazanmağın mümkünlüyü haqqında danışılıb və Təlimçi Vüsal Qasımov tərəfindən
layihə iştirakçılarının suallarını cavablandırıb.