AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Könül Kərimova: “Ərimi görmək istəyən gəlsin bizə”

Könül Kərimova: “Ərimi görmək istəyən gəlsin bizə”

Mədəniyyət
08 Noyabr 2012, 13:52 1520
Mətbuat səhifələrində müğənni Könül Kərimovanın yoldaşından boşanma xəbəri geniş müzakirə mövzusuna çevrilib. Xəbərə Publika.Az-da aydınlıq gətirən sənətçi təəssüflə bildirdi ki, bəziləri düz 10 ildir onu dedi-qodu ilə həyat yoldaşından ayırmağa çalışır:
“Gülməyim gəlir. Oturub-oturub indi ayrılmalıyıq. Bir də indiki zəmanədə ər tapılır, ərimi itirim?! Ağzıgöyçək insanlara demək istəyirəm ki, bu xəbər məni əsla qıcıqlandırmır. Əksinə, gülürəm. Ona görə də ironiya ilə danışıram. Bir də belə xəbər haqqında bir kəlmə danışmayacam. Ən əsası isə onu demək istəyirəm ki, ərimi görmək istəyən buyurub gəlsin bizə. Əmin olsun ki, bir yerdəyik, ayrılmamışıq”.