• cümə, 19 Aprel, 02:02
  • Baku Bakı 18°C

Klyuvertin oğlu rekord müəyyənləşdirdi

27.07.17 12:10 1033
Klyuvertin oğlu rekord müəyyənləşdirdi
Hollandiya yığmasının sabiq futbolçusu Patrik Klyuvert kiçik oğlu ilə də qürur duya bilər.
Kaspi.az xəbər verir ki, Şeyn Klyuvert milli rekord müəyyənləşdirib. 9 yaşlı Şeyn "Nike”la müqavilə bağlayıb.
O, idman kompaniyası ilə müqavilə bağlayan ən gənc hollandiyalı idmançı olub. Şeyn Klyuvertin ikinci nikahdan olan oğludu.
Onun ilk nikahdan da 3 oğlu var. Böyük oğlu Castin Klyuvert 2016/17 mövsümündə "Ayaks”ın heyətində debüt edib. O, 20 rəsmi oyunda 2 qol vurub.
banner

Oxşar Xəbərlər