Klubun əfsanəsi koronavirusdan öldü
"Lans”ın
sabiq qapıçısı və baş məşqçisi Arnold Savinski 89 yaşında vəfat edib.
Kaspi.az
xəbər verir ki, "Lans”ın əfsanəvi şəxsinin koronavirus səbəbindən öldüyü
bildirilir. Klub bununla bağlı açıqlama yayıb:
"Lans” dərin
kədər içindədir. Şaxtaçı, oyunçu, məşqçi, azarkeş... O, özündə klubun ruhunu cəmləşdirmişdi.
Doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
O,
"Lans”ın şərəfini 1952-1966-cı illərdə qoruyub. Baş məşqçi kimi isə komandanı
400-dən artıq oyuna çıxarıb.