Klub prezidentinin qardaşı federasiya prezidentini döydü

Klub prezidentinin qardaşı federasiya prezidentini döydü

İdman
17 Oktyabr 2019, 15:45 794
Ukrayna futbolunda ciddi qalmaqal yaşanıb.  
 
Kaspi.az xəbər verir ki, hadisə Avro-2020-nin seçmə mərhələsində keçirilən Ukrayna-Portuqaliya qarşılaşmasında baş  verib. Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko Kiyev "Dinamo”sunun prezidenti İqor Surkis və onun qardaşı Qriqori Surkislə dalaşıb. 
 
Bu barədə məlumatı ukraynalı futbolçuların həmkarlar təşkilatının rəhbəri Oleq Peçernıy verib. O bildirib ki, Pavelko sərxoş vəziyyətdə Surkislərlə mübahisə edib. Hansısa səbəbdən onları VİP-lojadan çıxartmağa cəhd göstərib. 
 
Mübahisə zəminin də Qriqorii Surkis federasiya prezidentinin sifətinə yumruq vurub. Yaxınlıqdakı şəxslər aranı sakitləşdirsələr də, bir qədər sonra Pavelko yenidən mübahisəyə başlayıb. 
 
O, bu dəfə Surkis qardaşlarının üzərinə kriminal avtoritet Nariklə birgə gəlib. Hadisəyə polis müdaxilə edib. Məsələ ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenskiyə məlumat verilib. Bun dan sonra federasiya prezidenti Zelenskiyə zəng edərək hərəkətinə görə üzr istəyib.