• şənbə, 05 Iyul, 21:06
  • Baku Bakı 26°C

Klopp fransız futbolçu niyə almır?

23.12.19 14:27 575
Klopp fransız futbolçu niyə almır?
"Liverpul”un heyətində fransız futbolçu çıxış etmir.
Kaspi.az xəbər verir ki, jurnalistlər bu məqamla bağlı "Liverpul”un baş məşqçisi Yurgen Kloppa sual veriblər. Alman mütəxəssis fransız futbolçuların baha olmasından gileylənib:
"Bununla bağlı bizim hər hansı bir problemimiz yoxdur. Kilian Mbappe PSJ-də oynayır, Antuan Qrizman "Barselona”ya keçdi.
Təbii ki, biz də fransız futbolçu almaq istərdik. Amma onların qiyməti olduqca bahadır”.
"Liverpul” 49 xalla Premyer Liqada liderdir. Komanda "Flamenqo”ya qalib gələrək (1:0) tarixində ilk dəfə klublararası dünya çempionatının qalibi olub.
banner

Oxşar Xəbərlər