• şənbə, 20 Aprel, 00:29
  • Baku Bakı 15°C

Kök hüceyrələri ürək toxumasına implantasiya ediləcək

12.06.20 11:23 700
Kök hüceyrələri ürək toxumasına implantasiya ediləcək
Həkimlər əfsanəvi alman pilot Mixael Şumaxeri normal həyata qaytarmaq üçün növbəti cəhdi edəcəklər.
Kaspi.az xəbər verir ki, Şumaxer yaxın günlərdə kök hüceyrələrindən istifadə edilməklə, əməliyyat olunacaq. Gözlənilir ki, kök hüceyrələri Şumaxein ürək toxumasına implantasiya ediləcək.
Bu əməliyyatın onun sinir sisteminin inkişafına yaxşı təsir edəcəyi gözlənilir. Əməliyyatı fransız professor, kardioloq Filipp Menaşe edəcək. O. ötən ilin sentyabrında Şumaxer üzərində əməliyyat aparıb.
Onun bədənindəki zədələnmiş hüceyrələr sümük iliyindən və qanından alınan sağlam hüceyrələrlə əvəz ediləcək. Şumaxer 2013-cü ildə dağda xizək sürərkən yıxılıb və başından ağır zədə alıb.
banner

Oxşar Xəbərlər