• şənbə, 20 Aprel, 13:14
  • Baku Bakı 23°C

Kiyevin Müstəqillik meydanında keçirilən aksiya dağıdıldı

30.11.13 08:39 1238
Kiyevin Müstəqillik meydanında keçirilən aksiya dağıdıldı
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, DİN-in xüsusi təyinatlı “Berkut” dəstəsi yerli avxtla səhər saat 4:00-da meydanda bir neçə yüz insanın qalmasından istifadə edərək aksiya iştirakçılarını qovub.
Ukrayna parlamentinin deputatı Andrey Şevçenko aksiyanın dağıdılması zamanı onlarla insanın xəsarət aldığını və həbs olunduğunu bildirib. Təkcə Kiyevin Şevçenko rayon Mili Şöbəsinə 30-dan çox aksiyaçı aparılıb.
Hazırda meydan milis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Kommunal xidmətlərin əməkdaşları orada təmizlik işləri görür.
banner

Oxşar Xəbərlər