AZE | RUS | ENG |

Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir

Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir
Ukraynanın paytaxtı Kiyevdə Şərq Tərəfdaşlığı ölkələrinin media konfransı keçirilir.
 
APA-nın məlumatına görə, konfransda Şərq Tərəfdaşlığı ölkələrindən, o cümlədən Azərbaycandan olan media təmsilçiləri, ekspertlər iştirak edir.  Tədbirin açılışında Avropa genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanın video müraciəti dinlənilib. O, ictimai fikrin formalaşmasında medianın böyük rol oynadığını bildirib. Komissar qeyd edib ki, tədbir noyabrda Brüsseldə keçiriləcək Şərq tərəfdaşlığı sammiti öncəsi çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, medianın iqtisadi dayanıqlığını təmin etmək bu konfransın əsas mövzularından birini təşkil etməlidir. Y. Hann tədbirin çox məhsuldar müzakirələrə yol açacağına ümid etdiyini bildirib. 
 
Tədbirdə Avropa İttifaqına sədrlik edən Estoniyanın xarici işlər naziri Sven Mikser də iştirak edir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000