• cümə axşamı, 25 aprel, 23:12
  • Baku Bakı 21°C

Kiyevdə COVID-19 xəstələrinin hər on nəfərindən biri həkimlərdir

24.04.20 21:25 615
Kiyevdə COVID-19 xəstələrinin hər on nəfərindən biri həkimlərdir
Kiyevdə koronavirusa (COVID-19) yoluxmuş bütün xəstələrin onda birini səhiyyə sahəsinin işçiləri təşkil edir.
AZƏRTACxəbər verir ki, bu barədə brifinq zamanı Kiyevin meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, Kiyevdə yoluxanların təxminən 10 faizi səhiyyə sahəsində çalışır. Ukrayna paytaxtında koronavirusa yoluxmuş 111 tibb işçisindən 16-sı stasionar qaydada müalicə alır.
Vitali Kliçko, həmçinin Kiyevdə koronavirus xəstələrini qəbul etmək üçün xüsusi olaraq 1 700 çarpayılıq yeri və 400 süni nəfəs aparatı olan 14 xəstəxananın hazır olduğunu deyib.
Aprelin 22-nə olan vəziyyətə görə, Ukraynada tibb işçiləri arasında 1245 yoluxma halı aşkarlanıb. Hazırda ölkədə koronavirusa yoluxmuş xəstələrin ümumi sayı 7 647 nəfərə çatır. Onlardan 601 nəfəri sağalıb, 193 nəfəri həyatını itirib.
banner

Oxşar Xəbərlər