AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

KİVDF müsabiqəsində yeniliklər etdi

KİVDF müsabiqəsində yeniliklər etdi

12 Oktyabr 2012, 09:08 1349
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitə¬lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura¬sı¬nın növ¬bəti iclası ke¬çi¬ril¬ib. Yığıncağı Müşahidə Şurasının sədri Umud Mirzəyev acıb. İclasda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əlaqədar növbəti fərdi jurnalist yazıları müsabiqəsinə təklif olunan mövzular və həmçinin jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə xarici ölkələrə səfərlərin təşkili edilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Küt¬ləvi İnformasiya Vasitə¬lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direk¬¬toru Vüqar Səfərli gündəlikdə duran məsələlərlə bağlı Şura üzvlərinə məlumat verərək bildirib ki, bu günədək Fond ildə 3 dəfə fərdi jurnalist yazı müsabiqəsi keçirib; “Bu cür tədbirlər jurnalist peşəkarlığının artırılması və onların maddi durumlarının yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir”. Vüqar Səfərli növbəti müsabiqənin keçirilməsi ilə bağlı maraqlı təkliflərlə də çıxış edib. Belə ki, icraçı direktor növbəti fərdi jurnalist müsabiqəsinin 15 istiqamət üzrə keçirilməsini və bundan əlavə 15 həvəsləndirici mükafatın verilməsini təklif edib: “Əvvəllər keçirdiyimiz fərdi jurnalistlərin yazı müsabiqələrində 10 istiqamət üzrə 30 qalib müəyyənləşdirilirdi. Bu müsabiqədə isə istiqamətlərin sayının 15-ə çatdırılmasını təklif edirəm”. İcraçı direktor eyni zamanda müsabiqənin şərtlərində müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu da bildirib. Vüqar Səfərli jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə xarici ölkələrə səfərlərin təşkilinin vacib məsələ olduğunu da Şura üzvlərinin diqqətə çatdırıb. O qeyd edib ki, əvvəllər də Fondun təşəbbüsü ilə Türkiyə və digər ölkələrə bu cür səfərlər təşkil edilib: “ Belə səfərlərin jurnalist peşəkarlığının artırılması baxımından böyük əhəmiyyəti var. Bu səbəbdəndir ki, gələn ay bir qrup jurnalistin Türkiyəyə və Şimali Kipr Türk Cümhuriyyətinə səfəri nəzərdə tutulub”. Müzakirələrdə çıxış edən Şura üzvləri irəli sürülən təklifləri dəstəklədiklərini bildiriblər. Şura üzvü Rəşad Məcid qeyd edib ki, jurnalistin müsabiqəyə təqdim etdiyi yazı onun işlədiyi mətbuat orqanında dərc edilməlidir. Müzakirələrdə çıxış edən Şura üzvləri irəli sürülən təklifləri dəyərləndirərək, müsabiqələrdə iştirak edən jurnalistlərin maarifləndirilməsi istiqamətində geniş işlərin aparılmasının vacibliyini vurğulayıblar.
Sonda iclasda müzakirə edilən məsələlər və səsləndirilən təkliflərlə bağlı qərar qəbul olunub.