• cümə axşamı, 18 aprel, 21:33
  • Baku Bakı 21°C

KİV: Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

09.12.17 10:10 2755
KİV: Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib
ABŞ prezidenti Donald Tramp Rusiyanın yaxın və orta mənzilli raketlərin ləğv olunması barədə müqaviləyə əməl etməməsi səbəbindən bu ölkəyə qarşı yeni sanksiyalarıtəsdiqləyib.
APA-nın xəbərinə görə, bu barədə "Politico” Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrə görə, ABŞ Ticarət Nazirliyi yeni raket texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.
"Sanksiyaların tətbiq edilməsində məqsəd Rusiya hökumətinin iqtisadi planlarını dəyişdirməkdir”, deyə mənbə vurğulayıb.
banner

Oxşar Xəbərlər