KİV: Kolumbiyada etiraz aksiyaları zamanı 87 nəfər itkin düşüb
Kolumbiyada aprelin 28-dən etiraz aksiyalarında iştirak edənlərdən 87 nəfəri itkin düşüb.
APAyerli "Efe Eme” radiosuna istinad edərək xəbər verir ki, bu barədə Ombudsman ofisinin məlumatlarında bildirilib.
İtkin düşənlərin çoxu – 35 nəfəri Kali şəhərində qeydə alınıb.Xatırladaq ki, Kolumbiyada ötən həftədən bəri vergi islahatlarına qarşı nümayişlər davam edir. Paytaxt Boqota, Kali, Medellin və digər şəhərlərdə etiraz aksiyalarında 840-dan çox insan yaralanıb.