• cümə axşamı, 18 aprel, 11:11
  • Baku Bakı 12°C

KİV: "Formula 1" üzrə Çin Qran-prisi ləğv olundu

31.07.20 14:21 619
KİV: "Formula 1" üzrə Çin Qran-prisi ləğv olundu
Koronavirus pandemiyası səbəbindən fevraldaqeyri-müəyyən müddətədək təxirə salınmış "Formula 1" üzrə Çin Qran-prisi ləğv olunub.
"Report" xəbər verir ki, bu barədə "Gptoday.com" nəşri məlumat yayıb.Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi bildirilib.
Artıq bununla bağlı bilet alan tamaşaçılar məlumatlandırılıb.
Çin hökuməti daha əvvəl Tokio-2020 Yay Olimpiya Oyunlarının test yarışları istisna olmaqla, ölkədə 2020-ci ilin sonunadək idman tədbirlərinin təşkilinə qadağa qoyub.
Qeyd edək ki, indiyədək Bəhreyn, Vyetnam, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.
"Formula 1"də yeni mövsümə iyulun 3-də Avstriyada start verilib.
banner

Oxşar Xəbərlər