• şənbə, 20 Aprel, 17:54
  • Baku Bakı 23°C

KİV: Bayden Jen Psakini Ağ Evin mətbuat katibi təyin etmək niyyətindədir

30.11.20 10:30 427
KİV: Bayden Jen Psakini Ağ Evin mətbuat katibi təyin etmək niyyətindədir
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Jen Psakini yeni administrasiyasının mətbuat katibi təyin etmək niyyətindədir.
APATASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Demokratlara yaxın bir sıra aparıcı KİV məlumat yayıb.
Bildirilib ki, Psaki əvvəllər Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri olub, hazırda Baydenin keçid komandasının məsləhətçisidir.
Həmçinin, Bayden Keyt Bedinqfildi Ağ Evin rabitə direktoru təyin etmək niyyətində olduğu da bildirilib. Qeyd edilib ki, ABŞ administrasiyasının jurnalistlərlə qarşılıqlı fəaliyyət göstərəcək əsas məsul işçilər qrupuna yalnız qadınlar daxil olacaq.
banner

Oxşar Xəbərlər