• cümə axşamı, 18 aprel, 16:19
  • Baku Bakı 22°C

KİV: ABŞ Türkiyədən “S-400” ləri ala bilər

30.06.20 14:45 552
KİV: ABŞ Türkiyədən “S-400” ləri ala bilər
Amerika Birləşmiş Ştatları keçən həftə Senata təklif edilən qanunvericilik təşəbbüslərin bir hissəsi olaraq Türkiyən ərazisində yerləşdirilən Rusiyanın "S-400” zenit-raket sistemlərini ala bilər.
"Report” "TASS”a istinadən xəbər verir ki, bu barədə "Defense News” nəşri məlumat yayıb.
Qeyd olunub ki, bu addım beşinci nəsil "F-35 Lightning II” bombardmançı qırıcıların yaradılması proqramı ilə bağlı ABŞ və Türkiyə arasında yaranan narazılığı aradan qaldıra bilər.
2021-ci maliyyə ili üçün nəzərdə tutulan müdafiə büdcəsi layihəsinə müvafiq dəyişikliyi Cənubi Dakotadan senator Con Tyun təklif edib. O, hesab edir ki, Türkiyədə olan "S-400” zenit-raket sistemləri ABŞ ordusuna raketlərin alınması üçün ayrılan vəsait hesabına əldə edilə bilər.
Senatın Xarici işlər komitəsinin respublikaçı sədri Cim Riş isə hesab edir ki, "Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında" (CAATSA) qanuna əsasən Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməlidir.
banner

Oxşar Xəbərlər