• şənbə, 20 Aprel, 11:44
  • Baku Bakı 14°C

KİV: ABŞ İraqı neft pullarının saxlanıldığı bank hesabına girişdən məhrum etməklə hədələyib

12.01.20 11:06 788
KİV: ABŞ İraqı neft pullarının saxlanıldığı bank hesabına girişdən məhrum etməklə hədələyib
Vaşinqtonİraqıneft satışından əldə olunmuş gəlirlərin saxlanıldığıABŞ-ınhökumət bankındakı hesabagirişdən məhrum etməklə hədələyib.
APAxəbər verir ki, bu barədə"Wall Street Journalİraqdakı mənbələrə istinadənxəbər verir.
Nəşrin yazdığına görə, Birləşmiş Ştatlar İraq hakimiyyətini ABŞ qoşunlarının ölkədən çıxarılacağı təqdirdə Nyu-York Federal Ehtiyat Bankındakı hesaba çıxışı itirə biləcəkləri barədə xəbərdar edib.Müvafiq xəbərdarlıq telefon danışığı vasitəsilə İraqın Baş Naziri vəzifələrini icra edən Adel Abdul Mehdiyə çatdırılıb.
Amerika hakimiyyətinin bu cür hərəkətinin İraq iqtisadiyyatına ciddi ziyan vura biləcəyi qeyd olunur.Bank hesabında hansı məbləğin saxlanıldığınınəşrqeyd etməyib.
Bundan əvvəl ABŞ 2015-ci ildəİŞİD-in maliyyələşdirilməsivə İran banklarınavəsaityönəldilməsi şübhəsi iləBağdadın hesaba girişini bir neçə həftəlikbağlamışdı.
banner

Oxşar Xəbərlər