• cümə, 29 Mart, 01:27
  • Baku Bakı 7°C

Kilosu 1300 manata göbələk, 130 manata gilas - Reportaj

22.05.20 11:00 2933
Kilosu 1300 manata göbələk, 130 manata gilas - Reportaj
Dünyanın dörd bir yanında yetişdirilən məhsulların ölkəmizdə bir məkanda satışını təşkil edən "Ekzobutik”dən reportaj
- Mən dünən sifariş verdiyim meyvəni götürmək üçün gəlmişəm.

- Bəli, hazırdır.

Meyvə tərəziyə qoyulur, 3 kilo gəlir, endirim edilir, müştəri 200 manat ödəyib, oradan uzaqlaşır. Bu, mağazaya daxil olduğumuzda qarşılaşdığımız ilk mənzərə oldu. Sual yarana bilər ki, 3 kilosu 200 manatdan çox olan meyvə hansıdır? Bunu da öyrənəcəyik.

Bildirək ki, dünyanın dörd bir yanında yetişdirilən məhsulların ölkəmizdə bir məkanda satışını təşkil edən "Ekzobutik”dəyik.

Mağazanın sahibi gələnə qədər satışda olan məhsullar və qiymətləri yazılan menyuya nəzər saldıq. İlk olaraq 3 kilosu 200 manat edən meyvəni axtardıq, bu, vətəni Peru olan quanabanadır və bir kilosu 75 manatadır.

Menyuda meyvələrin bir qismi kiloqramla təklif edilir, bəziləri qramla, müəyyən meyvələr isə ədədlə. Kiloqramla olanlardan başlayaq. Peru gilası 130, cekfrut 48, durian 50, qodji giləmeyvəsi 60 manatadır.

İndoneziyadan gətirilən "Blueberry”nin 130 qramı 10 manatdır. Pekan qozunun 100 qramı 4,5 manata satılır, eyni çəkidə makadamia fındığı isə 4,7 manata təklif edilir.

Ədədlə satışda isə Kinq manqo (Günəşin yumurtası) 30, Avokado Saymon Prem 18, qranadilia 8,5, manqostin 4, rambutan 3 manat və s.

Mağazanın sahibi Əşrəf Şıxəliyev gəldiyində qiymətlərlə tanış olduğumuzu görüb söhbətə bu mövzuyla başladı. O, qiymətlərin bu cür olmasının əsaslı səbəbi olduğunu bildirdi: "Çünki elə meyvələr var ki, ölkəmizə gələnə qədər bir neçə təyyarə dəyişməli olur. Üstəlik, hər birinin saxlanma şəraiti fərqlidir. Bu kimi məsələlər üst-üstə gəldiyində qiymətlərə təsirsiz ötüşmür. Məsələn, ölkəmizdə yerli gilasın qiyməti ekzotik meyvələr qədər baha olmur. Necə ki bizim üçün manqostin ekzotikdirsə, başqa ölkələr üçün də bizim gilas elədir. Biz Vyetnama gilas ixrac edirik, orda kilosu 50 manata satırlar”.


banner

Oxşar Xəbərlər