• şənbə, 20 Aprel, 14:36
  • Baku Bakı 23°C

Kiçik və orta sahibkarlar üçün seminarlar keçirilib

24.10.17 19:01 2938
Kiçik və orta sahibkarlar üçün seminarlar keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyini tərəfində həyata keçirilən "Cəbhəyanı bölgələrdə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində Ağdam və Füzuli rayonları ərazisində fəaliyyət göstərən Kiçik və Orta Sahibkarlar üçün seminarlar keçirilib.
Seminarlarda kiçik və orta sahibkarların mövcud problemləri, maliyyə resurslarına çıxış imkanları, vergi, lisenziyaların alınması, dövlət orqanları tərəfindən kiçik və orta sahibkarların fəaliyyətinə müdaxilələr, Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən istifadə, ABAD Xidmət və bu xidmətə çıxış imkanları barədə hərtərəfli məlumatlar verilib. Eyni zamanda bu istiqamətdə qəbul olunmuş qərarlar, qanun və fərmanlar barədə təşkilatın ekspert qrupu tərəfindən hazırlanmış təklif və tövsiyyələrdən ibarət siyasət sənədi iştirakçılara təqdim olunub. Seminarların yekununda iştirakçılar tərəfindən verilmiş suallar təşkilatın ekspertləri tərəfindən cavablandırılıb, irəli sürülən təkliflər müzakirə olunub.
Seminarlarda təşkilatın ekspertləri İlqar Hüseynli və Elşad İbişli iştirak edib.
banner

Oxşar Xəbərlər