• çərşənbə axşamı, 23 aprel, 14:26
  • Baku Bakı 24°C

Keyfiyyətsiz məhsullar satışdan çıxarıldı

12.08.13 17:35 1489
Keyfiyyətsiz məhsullar satışdan çıxarıldı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakıda və respublikanın bir sıra rayonlarında saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Ümumilikdə, monitorinqlər zamanı 190 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Məlumatda deyilir ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
banner

Oxşar Xəbərlər