• çərşənbə axşamı, 19 mart, 09:37
  • Baku Bakı 8°C

Kəşfiyyatçının xatirələrindən bəhs edən kitab işıq üzü gördü

22.07.17 20:23 1476
Kəşfiyyatçının xatirələrindən bəhs edən kitab işıq üzü gördü
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun "Kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında hazırlanan "Kod adı: Rey” kitabı işıq üzü görüb.
Trend-in məlumatına görə, kitabda müəllifin 2012-2013-cü illərdə qələmə aldığı xatirələri yer alıb. Xatirələr müəllifin 1991-1992-ci illərdə Qarabağ müharibəsində gördüyü hadisələrdən bəhs edir.
Kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhməddir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.
Kitab yaxın günlərdə satışda olacaq.
Xatırladaq ki, R.Kərimoğlu 1991-1993-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi çağırış kodu isə elə öz adı - "REY” olub.
banner

Oxşar Xəbərlər