• cümə, 29 Mart, 13:17
  • Baku Bakı 14°C

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs sosial sığorta haqqı ödəməlidir

29.10.19 09:00 1096
Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs sosial sığorta haqqı ödəməlidir
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan fiziki şəxs torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə vergi orqanına müraciət etməlidir.
Vergilər NazirliyindənAZƏRTAC-a bildirilib ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaqpayı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır. Eyni zamanda, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan vergi orqanında uçota alınan şəxs bu torpaqdan istifadə etmədiyi dövr üçün "Sosial sığorta haqqında" Qanunun 10-cu maddəsinin müddəalarına əsasən, Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana hesabatın təqdim olunması üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək hüququ var.
Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda torpaq sahələri vergitutma məqsədləri üçün 3 kateqoriyaya bölünüb:
- kənd təsərrüfatı üçün nəzərdə tutulan və təyinatı üzrə istifadə olunan;
- kənd təsərrüfatı üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan;
- digər təyinatlar (yaşayış, sənaye, nəqliyyat və sair) üzrə istifadə olunan torpaqlar.
Qeyd olunan torpaq sahələrinin hər bir kateqoriyasına görə Vergi Məcəlləsində ayrı-ayrı vergi dərəcələri nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər