AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açılacaq

Kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açılacaq

İqtisadiyyat
08 Noyabr 2016, 14:58 949
"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açacaq.
 
"APA-Economics” xəbər verir ki, bu barədə ASC-nin nümayəndəsi Xaliq Məmmədov məlumat verib.
 
X.Məmmədov deyib ki, iri şəhərlərdə mövsümi xarakterli meyvə və tərəvəzlərin daha ucuz qiymətə və çevik şəkildə əhaliyə çatdırılması ilə bağlı korporativ ticarət şəbəkəsinin qurulması planlaşdırılır.
 
"Səyyar satış yarmarkalarının təşkili ilə bağlı bu gün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əldə olunmuş böyük təcrübə var. Bu təcrübədən yararlanaraq daha çox yarmarkaların təşkil olunması və əhalinin ərzağa olan tələbatının normaya uyğun təmin olunması üçün ciddi iş və fəaliyyət planları var. Bu fəaliyyət planları ilə əlaqədar bütün qurumlar və dövlət təşkilatları ilə əməkdaşlıq şəraitində müzakirələr aparılır. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul ediləcək və bu bazarların yaradılması istiqamətində aparılan işlər barədə cəmiyyətə məlumat veriləcək”, - deyə X.Məmmədov bildirib.