• cümə axşamı, 25 aprel, 14:21
  • Baku Bakı 23°C

Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək

23.08.16 19:00 919
Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziriKəmaləddin Heydərovtərəfindən 25 avqust 2016-cı il tarixində Şəki şəhərində Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, qəbulda yalnız Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 174) 24 avqust 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
banner

Oxşar Xəbərlər